Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qəhrəmanlıq dastanında imzası olan şəhidimiz

0

  • Sentyabrın 27-də başlayan Vətən Müharibəsi 30 ilə yaxındır düşmən tapdağı altında inildəyən torpaqlarımızın həsrətilə yaşayan, səbri tükənmiş bir xalqın ən böyük arzusu, müqəddəs haqq savaşı oldu. Bu haqq savaşının sonunda qələbə qazanan Azərbaycan Ordusu öz gücü, məharəti ilə bütün dünyanı heyran etdi. Vətən Müharibəsində şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz bizim yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi. Məhz, onların sayəsində qələbə
    sevincini, qürurunu yaşayırıq. Azərbaycan xalqı igid oğulları ilə hər zaman fəxr edir, onların adını uca saxlayır. Adını xalqımızın şanlı zəfər tarixinə yazdıran igid oğullarımızdan biri də Namiq Cavadovdur.

    Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7-də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olmuşdur. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil
    almışdır.

    Vətənə, torpağa uşaqlıqdan bağlı olan Cavadov
    Leytenant rütbəsi ilə 2003-cü ildə Naxçıvan şəhərinin Sədərək rayonunda 2 il 6
    ay Vətənə xidmət etmişdir. Xidmət etdiyi zaman əsgərlərinin və zabit heyətinin dərin hörmətini qazanmışdır. Namiqlə olan xatirələrdən danışan zabit yoldaşları onun səlistliyi, dəqiq qərarlığı, əsgərlərinə necə diqqətlə yanaşmasını, onlara canının bir qardaş, bir valideyn kimi yanmasını dilə gətirir. Öz ixtisasının
    atıcı-snayperçi olmasına baxmayaraq, tank sürməyi, mina dəf etməyi də bacarırmış. Əsgərlərinə ən çətin şəraitdə belə səbrli olmağı, ac və susuz
    dözümlü qalmağın dərsini öyrədirmiş.

    Hər zaman işğal olunmuş torpaqların həsrətindən
    danışan, müharibə olmağını səbrsizliklə gözləyən Namiq şəhidlik zirvəsinin ucalığından bəhs edərdi. Gerbinə, Bayrağına düşkün olan Namiq hər zaman milli atributları əziz tutub, uca saxlayıb.

    Vətən Müharibəsi zamanı ehtiyatda olan Leytenant
    Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində
    oktyabrın 19-u döyüşlərə qatılmışdır. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə getmiş, Qubadlı döyüşlərində iştirak etmişdir. Burada gedən ağır döyüşlərdə şücaətlər göstərərək Laçının Güləbird
    qəsəbəsinə kimi gəlib çıxmışdır. Döyüşlər zamanı 60 əsgərdən ibarət kazarmanı təhlükəli
    vəziyyətdən çıxarmış, 20 yaralı əsgərə köməklik göstərərək həyatlarını xilas
    etmişdir. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird
    qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalmışdır.

    Namiq Cavadavun 2 övladı - 22 yaşlı qızı, 20 yaşlı
    oğlu yadigar qalıb. 

    Şəhid Leytenant Namiq Cavadov II Fəxri Xiyabanda dəfn
    olunmuşdur.

    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

    Ruhu şad olsun!
    Qalib BƏYMƏMMƏDOĞLU,
    Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib53 dəfə
    qəhrəmanlıq dastanında imzası olan şəhidimiz

    Maraqlı gələ bilər
    162
    40
    30
    50
    38
    73